Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı başsağlığı verib.
“Azərbaycan Respublikasının Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Onunla keçirilən görüşlərimizi hər zaman xatırlayacağam. Allah rəhmət eləsin”, - deyə M.Əliyeva bu gün instaqram səhifəsində yazıb.
R.İbrahimbəyov 1939-cu ildə Bakıda anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib, 15 pyesi dünyanın 100-dən çox ölkə teatrlarında tamaşaya qoyulub.*
R.Kərimov