Azərbaycanda koronavirus infeksiyasına 197 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 790,575 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 225 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər (ötən gün 14 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9599 nəfərə çatıb.
Virusa yoluxmuş 779,11 min nəfər (sutka ərzində +468) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 965 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5528 (ötən gün 5161 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 628 min 447 test aparılıb.*
R.Kərimov