Azərbaycan Ukrayna-Rusiya görüşünə ev sahibliyi etməyə hazırdır. Bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Ukrayna tərəfindən belə təklif olunmuşdu. Belə bir niyyət olarsa, biz hər zaman ev sahibliyi etməyə hazırıq”, - deyə o bildirib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan əvvəllər ABŞ və Rusiya arasında yüksək səviyyəli şəxslərin görüşünə, həmçinin NATO-Rusiya danışıqlarına ev sahibliyi edib.
“Azərbaycan nə NATO, nə də KTMT üzvüdür. Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Bu xüsusda düşünürük ki, tərəflərin hər biri özünü rahat hiss edə bilir”, - deyə prezidentin köməkçisi vurğulayıb.*