Bakı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşünə hazırdır, lakin İrəvandan konstruktiv yanaşma gözləyir. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Azərbaycan hər zaman görüşlərə hazırdır. Lakin bu görüşlər sadəcə görüş naminə deyil, real hədəflər uğrunda olmalıdır”, - deyə o, bu gün jurnalistlərə bildirib.
H.Hacıyevin sözlərinə görə, Ermənistan tərəfindən konstruktiv mövqe nümayiş etdirildiyi təqdirdə bu görüş baş tuta bilər.*