BMT, Dünya Bankı (DB) və Avropa İttifaqının (Aİ) birgə qiymətləndirmə missiyasının ekspertləri Ağdama və Füzuliyə səfər ediblər. Bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov özünün Twitter hesabında yazıb.
“Səfər zamanı ekspertlərə şəhərlərin dağıdılmış tarixi abidələri göstərilib, gələcək inkişaf planı haqqında məlumat verilib”, - deyə E.Hüseynov qeyd edib.*
R.Kərimov