Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyovun nəşi martın 15-də Bakıya gətiriləcək. Bu barədə İttifaqın Facebook səhifəsində məlumat verilib.
R.İbrahimbəyov martın 11-də 84 yaşında Moskvada vəfat edib.
R.İbrahimbəyov 1939-cu ildə Bakıda anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib, 15 pyesi dünyanın 100-dən çox ölkə teatrlarında tamaşaya qoyulub.*
R.Kərimov