Azərbaycanda koronavirus infeksiyasına 192 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 790,767 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 197 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər (ötən gün 10 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9611 nəfərə çatıb.
Virusa yoluxmuş 779,417 min nəfər (sutka ərzində +406) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 739 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4435 (ötən gün 5528 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 632 min 882 test aparılıb.*
R.Kərimov