Azərbaycan Mərkəzi Bankı (AMB) martın 14-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Martın 14-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,856 manat/1EUR səviyyəsində (martın 11-nə 1,8703 manat/1EUR) müəyyən edilib.
AMB martın 14-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0128 manat/1RUB səviyyəsində (martın 11-nə 0,0126 manat/1RUB) müəyyən edib.**
X.Nəsirzadə