2022-ci ilin fevral ayında dövlət əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən dövlət büdcəsinə 8,36 milyon manat ($4,94 milyon) məbləğində vəsait daxil olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında deyilir.
“Bu ilin fevral ayında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 6,62 milyon manat təşkil edib. Bundan başqa, dövlət əmlakının icarəsindən büdcəyə 1,76 milyon manat vəsdait daxil olub”, - Xidmətdən bildirilir.
2022-ci ilin fevral ayında dövlət əmlakının özəlləşdirilməsi üzrə 3 hərrac keçirilib. **
X.Nəsirzadə