Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 820 milyon 837,4 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-fevral aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 593 milyon 403,7 min manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinə köçürmələr 38,3% artıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 598 milyon 807,7 min manat (artım 46,6%), aksizlər üzrə 17 milyon 930,3min manat (azalma 11,4%), yol vergisi üzrə 8 milyon 386,8 min manat (artım 45,3%) təşkil edib.
Bundan başqa, bu dövrdə gömrük rüsumları üzrə köçürmələr 195 milyon 712,6 min manat (artım 23,2%) məbləğində olub.
2022-ci il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4,26 milyard manat təşkil edir. **
B.Rüstəmbəyov