MİDA MMC Füzuli şəhərində yaşayış kompleksinin şəhərsalma əsaslandırılmasının, tikinti layihəsinin (mühəndis-geoloji işlər, məhəllənin memarlıq həlli və yaşayış evləri, sosial obyektlər, ətraf mühitin təsirinin qiymətləndirilməsi, mühəndis-kommunikasiya təminatı sistemi (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) və s.) hazırlanması və müəllif nəzarətinin yerinə yetirilməsinə 604 min manatdan çox vəsait yönəldəcək.
Yaşayış kompleksi 8,90 ha torpaq sahəsində inşa edilir.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istuinadən məlumat verir ki, bu işlərin yerinə yetririlməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu ilə müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 604,392 min manatdır. **
B.Rüstəmbəyov