"MİDA" MMC Lənkəran şəhərində çoxmənzilli yaşayış binalarının tikintisi üçün 15 milyon 290,093 min manat ümumi məbləğdə iki müqavilə imzalayıb.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, 1 və 2 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi məqsədilə “Araz İnşaatçı” MMC ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri – 6 milyon 548,106 min manatdır.
“Merkuri-İnşaat” MMC ilə imzalanmış ikinci müqavilə 3 və 4 nömrəli 9 mərtəbəli 2 bloklu və 5 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisini nəzərdə tutur. Müqavilənin dəyəri -8 milyon 741,987 min manatdır.
Xəbər verildiyi kimi, yeni kompleks Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində inşa ediləcək. **
B.Rüstəmbəyov