Ermənistan 5 baza prinsipi qəbul edərsə, Bakı İrəvan ilə sülh müqaviləsinin imzalanması üzrə intensiv, nəticəyə yönələn danışıqlara hazırdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəyan edib.
“Azərbaycanın bir neçə gün öncə, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən İrəvana təqdim edilib. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər”, - Abdullayeva deyib. **
E.Şəfiyev