Azərbaycanda koronavirus infeksiyasına 53 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 790,82 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 192 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər (ötən gün 12 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 618 nəfərə çatıb.
Virusa yoluxmuş 779,585 min nəfər (sutka ərzində +168) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 617 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 437 (ötən gün 4 435 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 635,319 min test aparılıb.**
X.Nəsirzadə