Qazaxıstanın Azərbaycandakı Ticarət Evi nəzdində «TDK-Logistics» - yeni logistika qurumu təsis edilib. Bu barədə Qazaxıstanın Azərbaycandakı Səfirliyiməlumat verir.
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ikitərəfli ticarətin həcminin yükəsk və hökumətərarası səviyyələrdə aktivləşməsi və artırılması üzrə razılıqların reallaşdırılması barədə qeyd edib.
“Abdıkarimov bəyan edib ki, hazırda hər iki ölkənin vəzifəsi Transxəzər Beynəlxalq Nqliyyat Marşrutunu dünya tədarük sisteminə düzgün daxil etməkdir. O, həmçiin vurğulayıb ki, Zəngəzur dəhlizinin yaradılması iki ölkənin Xəzərdə liman infrastrukturunun artan potensialını açmaq məqsədilə yeni imkanlar yaradır”, - məlumatda deyilir.
Öz növbəsində, Ticarət Evinin baş direktoru Rüfət Rzayev qeyd edib ki, logistika qurumu logistika prosesinin optimallaşdırılması ilə kompleks və səmərəli yükdaşıma marşrutlarının təşkili, mümkün xərclərin azaldılması və müştərilərə müksimum rahat xidmətlərin göstərilməsi üzərində işləyəcək. Bununla əlaqədar o, Azərbaycan və Qazaxıstanın işgüzar dairələrini fəal əməkdaşlığa çağırıb. **
E.Şəfiyev