2022-ci ilin yanvar-ferval aylarında Azərbaycanda 5 milyon 464,9 min ton neft (qaz-kondensatla birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 6,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan əlavə, 5 milyon 447,8 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib (azalma 6,4%).
Yanvar-fevralda Azərbaycanda 7 milyard 683,9 milyon kubmetr qaz (artım 12,4%), 6 milyard 12,9 milyon kubmetr əmtəəlik qaz (artım 17,8%) hasil edilib.
2021-ci ildə Azərbaycanda 34 milyon 580,7 min ton neft (qaz-kondensatla birlikdə) (artım 0,1%), 43 milyard 863,5 milyon kubmetr qaz (artım 18,1%) hasil edilib. **
N.Abbasova