Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefonla danışıb.
Azərbaycan prezidentinin Mətbuat Xidmətindən məlumat verilir ki, söhbət zamanı “Cənubi Qafqazda post-münaqişə dövrü, Ermənistan ilə Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib”.
“Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi səylərinə görə Mişelə təşəkkürünü bildirib”, - məlumatda deyilir.
Əliyev və Mişel, həmçinin Ukraynadakı son hadisələrin inkişafı və bunun Cənubi Qafqazda regional təhlükəsizliyə mümkün təsiri məsələləri də müzakirə ediblər. **
E.Şəfiyev