Azərbaycan hökuməti 2022-ci ilin aprel ayından etibarən ölkəyə idxal edilən spirtli içkilərin və tütün məmulatlarının aksiz dərəcələrini artırır.
Nazirlər Kabinetinin 14 mart 2022-ci il tarixli qərarına əsasən, , denaturasiya olunmamış etil spirti (80 həcm faiz və ya çox spirt qatılığı ilə), həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinin aksiz dərəcəsi 5,2 manatdan 6 manata qaldırılıb; üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların aksiz dərəcələri 7,2 manatdan 8 manata çatdırılıb; cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilər üçün aksiz dərəcəsi 11,2 manatdan 12 manatadək artırılıb.
Bundan əlavə, aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 min ədəd üçün aksiz vergisi 43 manatdan 46,5 manata qaldırılıb; istehlak olunan tütün və tütün məhsullarının 1 min ədəd üçün aksiz vergisi 12,9 manatdan 14 manata qaldırılıb.
Nazirlər Kabinetinin qərarına əsasən, qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin 1 kiloqramına görə 30 manat aksiz vergisi müəyyən edilib.
Bundan əlavə, birdəfəlik istifadə olunan elektron qəlyan, siqaret üçün aksiz dərəcəsi 0,25 manat müəyyən olunub.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.
Hökumətin qiymətləndirmələrinə əsasən, aksiz dərəcəsinin qaldırılması dövlət büdcəsinə daxilolmaların artımına gətirəcək. **
R.Əhmədov