İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Hemofiliya xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində” dərman vasitələrinin və “Şəkərli Diabet dövlət Proqramı” üzrə inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələrinin satın alınmasına 50 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, bu məqsədlə Dövlət Agentliyi “AvroMed Company” QSC ilə ümumi dəyəri 50 milyon 155 min 676,98 manat olan iki müqavilə bağlayıb.*
E.Şəfiyev