Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəlib, bu məqsədlə bu gün Bakıda 4 sənəd imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, xüsusilə “Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində Anlaşma Memorandumu”, “Bərk məişət tullantılarından enerji istehsalı sahəsində Anlaşma Memorandumu” və “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.*
N.Abbasova