Azərbaycanda koronavirus infeksiyasına 142 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 790,962 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 53 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər (ötən gün 7 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9627 nəfərə çatıb.
Virusa yoluxmuş 779,828 min nəfər (sutka ərzində +243) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 507 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5454 (ötən gün 2437 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 640,773 min test aparılıb.*
X.Nəsirzadə