Dünya Bankı (DB) və Bakı Fond Birjası (BFB) Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP) çərçivəsində müzakirələr aparır. Bu barədə BFB-nin martın 15-də Dünya Bankı ilə keçirdiyi görüşdə bildirilib.
“Dünya Bankının bu proqramda əsas məqsədi Azərbaycan üçün Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı İnkişaf modulu yaratmaqdır. Görüş zamanı Bakı Fond Birjasının fəaliyyəti, ticarət dövriyyəsi, inkişaf perspektivləri müzakirə edilib”, - deyə BFB-nin məlumatında qeyd olunur.
Bu proqram çərçivəsində Dünya Bankı 17 mart tarixinədək virtual, 12-28 aprel tarixlərində isə fiziki olaraq Bakıda görüşlər keçirməyi planlaşdırır.*
X.Nəsirzadə