Azərbaycan Xarici İşlər Nazirliyi ilə Niderland Krallığının Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Niderland tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə baş direktoru Thijs van der Plas rəhbərlik ediblər.
“Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb və bu xüsusda, siyasi müstəvidə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər”, - məlumatda qeyd olunur.
Həmçinin, Xələfov və van der Plas qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparıblar. **
E.Şəfiyev