2022-ci ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 1 ton 087 kq 949,825 qr narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Komissiyanın məlumatına əsasən, dövriyyədən götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 37 milyon 827 min manat (22 milyon 235 min ABŞ dolları) kimi qiymətləndirilir. **
E.Şəfiyev