2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 105 ədəd minik avtomobili istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə avtomobil istehsalı 51,4% azalıb.
Yanvarda 102 avtomobil, fevralda – 3 avtomobil istehsal olunub.
1 mart 2022-ci il tarixinə anbarlarda 322 ədəd minik avtomobili var.
Yanvar-fevralda Azərbaycanda 59 ədəd traktor istehsal edilib, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7% çoxdur.
2022-ci il martın 1-nə anbarlarda 74 ədəd traktor var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2021-ci ildə Azərbaycanda 2 min 43 ədəd avtomobil (artım 4,8%), 651 traktor (artım 2,2 dəfə) istehsal edilib. **
B.Rüstəmbəyov