Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzurda 9 yol layihəsinin reallaşdırılmasını sona çatdırmağı planlaşdırır.
“İnterfaks-Azərbaycan”a AAYDA-dan məlumat verilib ki, cari il aşağıdakı layihələrin icrasının tamamlanması planlaşdırılır: Füzuli–Hadrut avtomobil yolu (uzunluğu 12 km), Hadrut-Tuğ-Azıx mağarası avtomobil yolu (22 km), Bərdə–Ağdam avtomobil yolu (45 km), Qubadlı - Eyvazlı avtomobil yolu (28,5 km), Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu (26,4 km), Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi (32 km), Talış–Tapqaraqoyunlu–Qaşaltı–Naftalan avtomobil yolu (22 km).
Bundan əlavə, cari il Kəlbəcər və Laçın rayonları ərazisində 726.3 km uzunluğunda yol infrastrukturunun tikintisi, Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi plalaşdırılır.
2023-cü ildə AAYDA avtomobil yollarının tikintisi ilə bağlı 3 layihənin icrasını tamamlamağı planlaşdırır: Xudafərin–Qubadlı–Laçın avtomobil yolu (70.4 km), Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu (39.7 km) və Ağdam–Füzuli avtomobil yolunun tikintisi (64,8 km).
2024-cü ildə AAYDA avtomobil yollarının tikintisi ilə bağlı 3 layihənin icrasını sona çatdıracaq: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (81.6 km), Əhmədbəyli-Horadiz-Cəbrayıl–Zəngilan–Ağbənd yeni avtomobil yolu (123.6 km).
2025-ci ildə Kəlbəcər-Laçın avtomobil yolu (72.3 km), 2026-cı ildə - Toğanalı–Kəlbəcər– İstisu avtomobil yolunun (80.7 km) tikintisinin tamamlanması nəzərdə tutulur. **
R.Əhmədov