Sahibkarlığın İnkişafı Fondu (SİF) 2022-ci il 1 yanvar tarixindən martın 10-dək 8,6 milyon manat ümumi məbəğində güzəştli kredit verib. Bu barədə Fondun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev məlumat verib.
“153 investisiya layihəsinin reallaşdırılması üçün güzəştli kreditlər verilib, bu da 215 yeni iş yeri açmağa imkan yaradacaq”, - Xaliyev “Vergilər” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, kreditlərin 93%-i ASK məhsullarının istehsalını nəzərdə tutan layihələrə, 6%-i – sənaye məhsullarının istehsalını nəzərdə tutan layihələrə, 1%-i – xidmət sahəsi üçün verilib.
Xaliyev qeyd edib ki, verilən vəsaitin 36%-i ASK məhsullarının istehsalı, 15%-i - sənaye məhsullarının istehsalı, 49%-i - xidmət sahəsinə yönəldilib.
Xəbər verildiyi kimi, Sahibkarlığın İnkişafı Fondu (SİF) 2021-ci ilin yekunları üzrə 130,6 milyon manat güzəştli kredit verib.
2022-ci ildə SİF Azərbaycada biznes subyektləriə 140 milyon manat ümumi məbləğdə güzəştli kredit verməyi planlaşdırır. **
B.Rüstəmbəyov