2022-ci il yanvar-fevral aylarının yekunları üzrə Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,7% artaraq 4 milyard 607,2 milyon kVt/saat olub. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ölkədə 4 milyard 463,9 milyon kVt/saat (artım 7,8%) əmtəəlik elektrik enerjisi istehsal olunub.
İstilik elektrik stansiyalarında 4 milyard 301 milyon kVt/saat (artım 7,9%), su elektrik stansiyalarında 146 milyon kVt/saat (artım 8,4%) elektrik enerjisi istehsal edilib.
Qeyd olunan dövrdə külək elektrik stansiyalarında 9,4 milyon kVt/saat (azalma 35,2%), günəş elektrik stansiyalarında 7,5 milyon kVt/saat (artım 41,5%) elektrik enerjisi istehsal edilib.
2021-ci ilin yekunları üzrə Azərbaycanda elektrik enerjisinin istehsal həcmi 2020-ci illə müqayisədə 0,5% - 25 milyard 958,1 milyon kVt/saata qədər artıb.**
N.Abbasova