2022-ci ilin fevral ayında Azərbaycanda gündəlik neft hasilatı 566,3 min barel (yanvarda – 580,9 min barel) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2022-ci ilin fevral ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 684,1 min barel olub. Bunun 566,3 min barelini xam neft, 117,8 min barelini isə kondensat təşkil edib”, - nazirlikdən bildirilir.
Fevralda OPEC+ çərçivəsində Azərbaycanın gündəlik hasilat kvotası 668 min barel olub. Beləliklə, Azərbaycan fevral ayında “OPEC+” razılaşması çərçivəsində neft hasilatı üzrə öhdəliyini 117,95% yerinə yetirib.**
N.Abbasova