Azərbaycanın nümayəndə heyəti 24-26 mart tarixilərində Özbəkistan paytaxtında keçiriləcək Birinci Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək.
Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyinin məlumatına görə, dünyanın müxtəlif ölkələrindən olan işgüzar və siyasi dairələrin nümayəndələri Forumun iştrakçısı və qonağı olacaqlar. Hazırda dünyanın 56 ölkəsindən 1,5 min nəfər, həmçinin beynəlxaq KİV nümayəndəsi forumda iştirak üçün ərizə təqdim edib. **