"VTB Bank (Azerbaijan)” ASC 29 aprel 2022-ci il tarixində səhmdarların növbəti ümumi yığıncağını çağırıb. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
“İclasda bankın səhmdarlarının növbəti ümumi yığıncağının katibinin seçilməsi, bankın 2021-ci il üzrə maliyyə hesabatlarına baxılması plalaşdırılır. O cümlədən, bankın 2021-ci il üçün mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi ilə bağlı təkliflərə baxılacaq”, - bankdan qeyd ediblər.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur. **
X.Nəsirzadə