Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Martın 17-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,8759 manat/1EUR səviyyəsində (martın 16-na 1,8646 manat/1EUR) müəyyən edilib.
AMB martın 17-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0177 manat/1RUB səviyyəsində (martın 16-na 0,0155 manat/1RUB) müəyyən edib.*
B.Rüstəmbəyov