2021-ci ildə fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri $1 milyard 133,391 milyon təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Hesabat dövründə köçürmələrin böyük hissəsi - $623,057 milyon (artım 2,8%) və ya fiziki şəxslərin bütün köçürmələrinin 55%-i (2020-ci ildə xüsusi çəki 55,4%) Rusiyadan həyata keçirilib.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($107,767 milyon, artım 41,1%), ABŞ ($72,515 milyon, artım 35,9%), Böyük Britaniya ($36,805 milyon, artım 38,4%) və Qazaxıstan da ($35,372 milyon, artım 16,6%) daxildir.
AMB-nin məlumatına görə, 2021-ci ildə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 18,9% artaraq $661,512 milyona çatıb.
Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə ($181,483 milyon, artım 54,5%) tutur. 2021-ci ildə Azərbaycandan bütün köçürmələrin 27,4%-i (2020-ci ildə 21,1%-i) Türkiyənin payına düşüb.
Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələri $117,248 milyon (azalma 21%), xüsusi çəki 17,7% (2020-ci ildə 26,7%) təşkil edib.
Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə Gürcüstan ($78,627 milyon, artım 32,2%), ABŞ ($51,068 milyon, artım 0,3%) və Ukrayna da ($46,567 milyon, artım 2,1 dəfə) daxildir.
2020-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 milyard 94,029 milyon (2019-cu illə müqayisədə artım 17,1%), Azərbaycandan köçürmələrin həcmi $556,545 milyon (2019-cu illə müqayisədə artım 29,1%) təşkil edib.*
A.Əzizov