Dövlət Vergi Xidməti (DVX) “Tərtər Olimpiya İdman Kompleksi” MMC-ni dövlət qeydiyyatına alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DVX-dən məlumat verilib.
Kompleksin nizamnamə kapitalı 15 milyon 672,24 min manatdır. Cəmiyyət 29 dekabr 2021-ci il tarixində qeydiyyata alınıb.
Şirkətin qanuni təmsilçisi Famil İsmayılovdur.*
X.Nəsirzadə