İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) “Sumqayıt Agro” MMC-ni dövlət qeydiyyatına alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DVX-dən məlumat verilib.
Şirkət 2021-ci il dekabrın 14-də qeydiyyata alınıb və nizamnamə kapitalı 400,1 min manatdır.
Cəmiyyətin qanuni təmsilçisi Ruslan Namazovdur.
Bundan başqa, DVX “Arfa Aqro” MMC-ni 500 min manat nizamnamə kapitalı ilə qeydiyyata alıb. MMC-nin qanuni təmsilçisi Araz Rəhimovdur. Cəmiyyət 2021-ci il dekabrın 14-də qeydiyyata alınıb.*
X.Nəsirzadə