Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda idman infrastrukturunun yaradılmasının vacibliyini bəyan edib.
“Azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapır. İndidən federasiyalar, Gənclər və İdman Nazirliyi artıq layihələri təqdim etməlidir. Çünki şəhərlərin Baş planlarında idman qurğularının yerləşməsi nəzərdə tutulur. Amma bunlar hansı formada olacaq, memarlığı necə olacaq, bunu artıq müvafiq federasiyalar, Gənclər və İdman Nazirliyi təqdim etməlidir”, - deyə dövlət başçısı bu gün bildirib.*
E.Şəfiyev