“Aqroservis” ASC Hacıqabul rayonunda kənd təsərrüfatı məhsullarının, istehsal vasitələrinin (mineral gübrələrin, pestisidlərin, toxumların, texnikaların və s.) saxlama anbarlarının, satış və servis mərkəzinin tikintisi işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Tenderdə iştirak haqqı 3 min manatdır.
Əlaqələndirici şəxs: Suqra Məmmədova. Telefon: 051-206-47-33.
Təkliflər 10 may saat 18:00-dək qəbul olunur. Tender proseduru 11 may saat 12:00-da baş tutacaq.
Prezident İlham Əliyev 2020-ci ilin avqust ayında ““Aqrolizinq” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” ASC-nin adı dəyişdirilərək “Aqroservis” ASC adlandırılıb.
“Aqroservis” ASC kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.*
B.Rüstəmbəyov