2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $7,94 milyard təşkil edib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Ölkəmizin xarici ticarət əlaqələrində ötən il əldə edilmiş müsbət dinamika bu ilin ilk 2 ayında da davam edib. İlk 2 ayda xarici ticarət dövriyyəsi 80,4% artaraq $7,94 milyarda çatıb”, - deyə o, Twitter hesabında yazıb.
Nazir qeyd edib ki, bu dövrdə ixrac 2,1 dəfə artaraq $5,97 milyard, idxal isə 22,3% artaraq $1,97 milyard təşkil edib. “Yanvar-fevral aylarında xarici ticarət saldosu $4 milyard olub”, - deyə M.Cabbarov əlavə edib.*
E.Şəfiyev