Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü münasibətilə Şuşa şəhərində BMT institutlarının iştirakı ilə tədbir təşkil olunacaq. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.
“Biz Azərbaycanda akkreditasiyadan keçmiş BMT ailəsi ilə Şuşanı ziyarət etmək üçün “Xankəndi” adı verilmiş təyyarə ilə Füzuli aeroportuna uçuruq. Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək. BMT bayrağı azad edilmiş Şuşada dalğalandırılacaq”, - Hacıyev Twitter hesabında paylaşım edib. **
E.Şəfiyev