Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora bəyan edib ki, Bakı və Brüssel regional problemərin həlli üçün birgə iş görməlidir.
“Hikmət Hacıyevə (Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri - İF) “Bu gün təhlükəsizlik üzrə dialoq” çərçivəsində çox açıq və məzmunlu müzakirələrə görə təşəkkür edirəm. Qarşıda bizim dayanıqlığımız, tərəfdaşlarımızın dayanıqlığının artırılması, Avropada əsas təhlükəsizlik problemlərinin həlli və Cənubi Qafqazda sülhün dəstəklənməsi ilə bağlı vacib birgə iş var”, - Mora Twitter hesabında yazıb. **
E.Şəfiyev