RF Federal Gömrük Xidmətinin rəhbərinin müavini Vladimir İvin Azərbaycana səfəri çərçivəsində ölkənin biznes cəmiyyəti ilə görüş keçirib.
Görüş çərçivəsində “Yaşıl dəhliz” – xarici iqtisadi fəaliyyət iştirakçıları üçün sadələşdirilmiş gömrük dəhlizinin təşkili üzrə pilot layihənin təqdimatı keçirilib. Bu barədə RF-nin Azərbaycandakı Ticarət Nümayəndəliyinin Teleqram kanalında məlumat verilir.
“RF FGX və Azərbaycan Dövlət Gömrük Komitəsi səlahiyyətli iqtisadi operatorlar və digər xarici iqtisadi fəaliyyət iştirakçıları arasından, Layihənin şərtərinə uyğun olan və aşağı risk səviyysi ilə xarakterizə olunan, peşəkarcasına malların ticarətinə yönələn layihə iştirakçılarının siyahılarını müəyyən edəcək. “Yaşıl dəhliz”in Rusiya və Azərbaycan iştirakçıları arasında xarici ticarət müqavilələrin bağlanması zamanı iki dövlətin gömrük orqanları maların Rusiya və Azərbaycana maneəsiz və sürətli hərəkəti məqsədilə avtomatik olaraq gömrük prosedurlarının sadələşdirilmiş və asanlaşdırılmış variantını tətbiq edəcək”, - TN-dən bildirilib.
İvin qeyd edib ki, hazırda Rusiyanın 7 səlahiyyətli iqtisadi operatoru daimi əsaslarla təxminən 100 Azərbaycan şirkəti ilə çalışır.
“Bu məlumatlar deməkdir ki, Rusiyaya tədarük olunan malların ən azı 20%-i tərəflərin təşkil etdiyi “Yaşıl dəhliz” vasitəsilə rəsmilələşdirilə bilər”, - İvin vurğulayıb.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapovun fikrincə, “Yaşıl dəhliz” layihəsinin tezliklə istifadəyə verilməsi “Xanoba” (Azərbaycan) və “Yaraq-Kazmalyar” (Rusiya) avtomobil keçid məntəqələrininin yenidənqurulması və genişlənməsi üzrə işlərin vaxtında sona çatması ilə birgə, “Aqroekspress”in istifadəsi ilə malların tədarükünün artırılması Rusiya və Azərbaycan arasında xarici ticarət mübadiləsinin müsbət dinamikasıı təmin edəcək. **
X.Nəsirzadə