2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana $125 milyon 433,4 min dəyərində (artım 25.3%) 11 145 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
İdxal olunan avtomobillərin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 18% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $95 milyon 133,71 min dəyərində (artım 15,3%) 10 340 min ədəd avtomobil (artım 20%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $1 milyon 252,43 min dəyərində 57 ədəd elektrokar və $16 milyon 466,98 min dəyərində 2 032 ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $14 milyon 352,93 min dəyərində 668 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 30,4%), o cümlədən $5 milyon 663,4 min dəyərində 50 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 3,3 dəfə) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $10 milyon 283,36 min dəyərində 87 ədəd motorlu nəqliyyat vasitəsi (artım 2,3 dəfə) gətirilib.
2021-ci ildə Azərbaycana $935 milyon 225,33 min dəyərində 91,194 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.**
B.Rüstəmbəyov