“VTB Bank (Azerbaijan)” ASCCONTACT ödəniş sistemi vasitəsilə fiziki şəxslərin Rusiyaya pul köçürmələrini davam etdirir.
“Rusiyaya köçürmələr bank hesabı açmadan manat və xarici valyutada göndərilə bilər”, - bankdan məlumat verilir.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hesab açılmadan gündə bir köçürmənin maksimal məbləği 1 min ABŞ dolları və ya digər valyutalarda ekvivalentdir. “Kampaniya çərçivəsində martın 31-dək “VTB Bank (Azerbaijan)”-ın bütün müştəriləri üçün Azərbaycandan Rusiyaya pul köçürməsinə görə komissiya 0,8% təşkil edəcək. Bankın istənilən filialında CONTACT sistemindən istifadə edərək köçürmə etmək mümkündür. Rusiya Federasiyasına manat və ya ABŞ dolları ilə ödəniş göndərildikdə, alıcı vəsaiti rublla alacaq. Vəsaiti Rusiyada CONTACT sisteminin tərəfdaş banklarından əldə etməkmümkündür”, - məlumatda qeyd olunur.
Rusiyadan olan müştərilər CONTACT-ı dəstəkləyən istənilən Rusiya bankından Azərbaycana pul köçürmələri də göndərə bilərlər. Pul köçürməsi rublla mümkündür, pulu alan şəxs isə Azərbaycan manatı ilə köçürməni alacaq.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.**
R.Əhmədov