2022-ci ilin yanvar-fevral aylarında Azərbaycandan gömrükdə bəyan edilmiş qazın ixrac həcmi 3 milyard 963 milyon 666,71 min kubmetr təşkil edib ki, bu da 2021-ci ilin yanvar-fevral ayarının göstəricisindən 19,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 41,66%-i qaz ixracının payına düşüb.
Azərbaycandan bəyan edilmiş qazın ixrac dəyəri $2 milyard 486 milyon 160,26 min (artım 7 dəfə) təşkil edib.
DGK 2021-ci ildə Azərbaycan qazının ixrac olunduğu ölkələrin sıralamasını dərc etməyib.
Daha əvvəl TAP AG şirkəti bildirmişdi ki, 2020-ci il dekabrın 31-dən 2021-ci il dekabrın 31-dək TAP qaz kəməri ilə Avropaya 8,1 milyard kubmetr Azərbaycan qazı ixrac edilib. Bu həcmin 6,8 milyard kubmetrdən çoxu İtaliyaya, 1,2 milyard kubmetrə qədəri Yunanıstana və Bolqarıstana tədarük edilib.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
Bundan əlavə, həmçinin Azərbaycan qazı Türkiyə və Gürcüstana ixrac olunur.
“TAP AG” şirkətinin məlumatına görə, 2020-ci il dekabrın 31-dən 2021-ci il dekabrın 31-dək TAP ilə Avropaya 8,2 milyard kubmetrə qədər Azərbaycan qazı ixrac edilib. Bu həcmin 6,8 milyard kubmetrdən çoxu İtaliyaya, qalanı Yunanıstan və Bolqarıstana nəql olunub.
Azərbaycan qazının TAP kəməri ilə Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
Bundan başqa, Azərbaycan qazı ürkiyə və Gürcüstana ixrac olunur. **
N.Abbasova