2022-ci ilin yanvar-fevral aylarında Dövlət Vergi Xidmətinin xətti ilə Azərbaycaın dövlət büdcəsinə daxilolmalar 2021-ci ilin analoji dövrü ilə müqayisədə 25,2% - 1,83 milyard manatadək artıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% artaraq 1 milyard 830,4 milyon manat təşkil edib. Proqnoz 108,7% səviyyəsində icra olunub”, - Cabbarov Facebook səhifəsində yazıb.
O qeyd edib ki, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 41,8% - 1 milyard 398,8 milyon manatadək artıb. Proqnoz 108,7% səviyyəsində yerinə yetirilib.
Cabbarov vurğulayıb ki, 2022-ci ilin yanvar-fevral aylarında DVX xətti ilə vergi daxilolmalarının 76,4%-i qeyri-neft-qaz sektorunun payına düşüb. **
B.Rüstəmbəyov