2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 0.4% artaraq $53,4 milyard təşkil edib. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məumatına görə, ehtiyatların artması, o cümlədən neft-qaz bazarında müsbət tendesiyalar ilə şərtlənib. Xüsusilə, cari ilin əvvəlindən Brent markalı neftin orta qiyməti $96 təşkil edib, bu da bir il əvvələ olan göstəricidən 35% çoxdur.
“Cari ilin 2 ayı ərzində valyuta ehtiyatları $195 milyon və ya 0,4% artaraq $53,4 milyard təşkil edir. 2022-ci ildə cari tendensiyaar qorunduğu halda tədiyə balansının profisiti, çox ehtimal ki, ikirəqəmli səviyyədə olacaq. Bu, həmçinin valyuta bazarının tarazlığını təmin edəcək”, - AMB-nin bəyanatında vurğulanır.
AMB qeyd edir ki, cari ilin yanvar-fevral ayarında Mərkəzi Bankın ehtiyatları 1.2% artaraq $7,2 milyarda çatıb.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.
2014-cü il oktyabrın 1-nə Azərbaycanın valyuta ehtiyatları pik səviyyədə - $53,7 milyard məbləğində olub. 2014-cü ilin IV rübündə valyuta ehtiyatlarının azalması prosesi başlayıb. Valyuta ehtiyatlarının milli valyutanın məzənnəsinin dəstəklənməsinə yönəldilməsi ilə əlaqədar azalma prosesi 2015-2016-cı illərdə də davam edib. 2017-ci ildən etibarən valyuta ehtiyatlarının artımı bərpa olunub və bu tendensiya 2018-2021-ci illərdə də davam edir.**
A.Əzizov