Aşağıbüdcəli "Buta Airways" aprelin 5-dən Bakı-Aktau-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayır.
“Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportundan həftədə 3 dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək”, - aviaşirkətin məlumatında deyilir.
Biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə etmək olar.
Biletlərin dəyəri 29 avrodan başlayır.
Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyət şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. Qazaxıstana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır.
Qazaxıstandan Azərbaycana uçuş zamanı COVİD-19 testindən keçmək zəruridir. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir.
COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır. **
E.Şəfiyev