Aşağıbüdcəli "Buta Airways" aviaşirkəti şənbə günü məlumat verib ki, Bakı-İstanbul reysinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar gecikir.
“Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) marşrutu üzrə həyata keçiriləcək J2-9103 reysinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar gecikir”, - aviaşirkətin Facebook səhifəsində deyilir.
Qeyd olunur ki, İstanbul hava limanında güclü qar müşahidə olunur.
Aviaşirkətdən əlavə edilib ki, “gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin edilirlər”. **
R.Kərimov