Azərbaycan prezidenti İham Əliyev tunisli həmkarı Kays Sayidi Müstəqillik Günü münasibətilə təbrik edib.
“Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Tunis dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək”, - şənbə günü dövlət başçısının saytında dərc olunan təbrikdə deyilir. **
R.Kərimov