Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı bölmələri yüksək dağlıq ərazidə çətin qış şərtlərində pusqu, basqın və ərazidə yerləşmə kimi fəaliyyətləri icra ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
Nazirlikdən qeyd edilib ki, Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı bölmələri ilə “Yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda bölmələrin fəaliyyəti” mövzusunda keçirilən məşğələlər “Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilir.
“Artıq bir qar şəhərciyinə çevrilmiş təlim ərazisində xüsusi təyinatlı bölmələr tərəfindən pusqu, basqın və ərazidə yerləşmə kimi fəaliyyətlər icra edilir”, - məlumatda bildirilir.
“Qarlı-çovğunlu şəraitdə hərəkət üsul və fəndlərini öyrənən şəxsi heyətin dağlıq ərazidə və hərəkətdə atəşaçma bacarıqları təkmilləşdirilir”, - MN-dən vurğulanır. **
R.Kərimov